Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.
Newsport.az-ın məlumatına görə, "Alanyaspor" Hikmət karamanla yollarını ayırıb. Buna komandanın uğursuz çıxışı səbəb olub.
"Alanyaspor" yanvar ayında baş məşqçi postuna təyin olunan Karamanın rəhbərliyi altında 6 matçda 5 dəfə məğlub olub. Hazırda aktivində 21 xal olan Antalya təmsilçisi Super Liqada 15-ci pillədə qərarlaşıb.
Artıq "Alanyaspor"un yeni baş məşqçisi də müəyyənləşib. Belə ki, komandanı mövsümün sonunadək Məsut Bakkal çalışdıracaq.