Quarejma "Beşiktaş"ı FİFA-ya şikayət etdi

“Beşiktaş”ın portuqaliyalı futbolçusu Rikardo Quarejma klubunu FİFA-ya şikayət edib.

Newsport.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı şıxış edib. Belə ki, son illər ərzində komandasının qazandığı nailiyyətlərdə böyük pay sahibi olan Quarejma eyni zamanda, aldığı qırmızı və sarı kartlarla da klubunu çətin vəziyyətə salıb.  2015-2016-cı il mövsümündən bu yana, Quarejma 25 sarı,  4 qırmızı kart alıb ki, bu da klubu ciddi şəkildə ziyana salıb. Bunu nəzərə alan “qara qartallar”ın idarə heyəti futbolçunu 350 min avro məbləğində cərimələyib.

Bu cəzanın ardından 34 yaşlı futbolçu FİFA-ya şikayət edib və cəzasının ləğv edilməsini tələb edib.

Nəzərinizə çatdıraq ki, keçən mövsüm 4 sarı və 3 qırmızı kart görən, komandanın digər futbolçusu Vensan Abobakar da, ona kəsilmiş 400 min avroluq cəzanın ləğv edilməsini tələb etmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right