UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Kosovo yığması Fransaya təlim-məşq toplanışına yollanacaq.
Newsport.az-ın məlumatına görə, sözügedən komanda martın 20-dən 27-nə qədər Parisdə hazırlıq keçəcək. Bu barədə Kosovo Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Millimizin rəqibi bu toplanış çərçivəsində iki yoxlama matçında da qüvvəsini sınayacaq. Belə ki, Kosovo yığması martın 24-də Madaqaskar, ayın 27-də isə Burkina-Faso komandaları ilə yoxlama görüşü keçirəcək. Matçlar "Francovile" stadionunda baş tutacaq.
Qeyd edək ki, Azərbaycan millisi Kosovo ilə sentyabrın 7-də evdə, noyabrın 20-də isə səfərdə qarşılaşacaq.