Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib.
Newsport.az-ın məlumatına görə, fevralın 9-da kubok Azərbaycan Respublikası Prezidentinə təqdim olunub.
Kubok futbol üzrə dünya çempionatı kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib.
Azərtac
