"Qarabağ" növbəti yoxlama görüşünə çıxır

"Qarabağ" Türkiyə yoxlanışı çərçivəsində bu gün növbəti yoxlama görüşünə çıxacaq.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi Bosniya və Herseqovinanın “Sarayevo” klubuyla qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. Əlavə olaraq bildirək ki, klubun baş məşqçisi Qurban Qurbanov 11 oyunçusu millinini düşərgəsində olduqları üçün bu matçda iştirak edə bilməyəcəklər. Komandanı isə meydana Rəşad Sadıqovun çıxaracağı gözlənilir.

Xatırladaq ki, “Sarayevo” ilə matç “Qarabağ”ın Antalya toplanışı çərçivəsində 5-ci oyunu olacaq. “Köhlən atlar” daha öncə Rusiyanın “Kuban” (2:2), Polşanın “Lexiya” (1:1), Makedoniyanın “Şkupi” (0:0) və Ukraynanın “Mariupol” klublarıyla (2:3) qarşılaşmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right