"Qəbələ"nin "Arsenal"la oyunun başlama saatı məlum oldu

Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Qəbələ"nin Rusiya təmsilçisi “Arsenal”a qarşı keçirəcəyi yoxlama oyununun başlama saatı açıqlanıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor”u ilə heç-heçə (1:1) edib,  İsveçrə “Sürix”inə uduzub (0:1), Makedoniya “Rabotniçki”nə qalib (2:1) gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right