Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən “Zirə”nin yoxlama oyunu keçirəcəyi rəqibi dəyişib.
Newsport.az xəbər verir ki, Polşanın “Krakoviya” kollektivinə qarşı yoxlama oyunu nəzərdə tutulsa da, bu Rumıniyanın “Volentaru” komandası ilə əvəzlənib.
Qarşılaşma saat 17:00-da “The Sensei de Lux” otelin meydançasında start götürəcək.