Hzırlığın ikinci hissəsini Türkiyədə davam etdirən "Zirə" bu gündən etibarən təlim-məşq toplanışına start verib.
Newsport.az xəbər verir ki, Ayxan Abasovun rəhbərlik etdiyi komanda səhər qonşu ölkədə ilk məşqinə çıxıb. İsinmə hərəkətləri ilə başlayan məşq, toplu çalışmalarla davam etdirilib.
"Qartallar" hazırlıq çərçivəsində ilk yoxlama görüşünü yanvarın 27-də Polşa Ekstraklasa təmsilçisi “Krakoviya"ya qarşı keçirəcək.





