Türkiyənin “Galatasaray” klubu qış transfer hazırlıqlarını davam etdirir.
Newsport.az verir ki, “aslanlar” “Mançhester Yunayted”in isveçli ulduzu, Zlatan İbrahimoviçlə yaxından maraqlanır. Bu iddia ilə yerli mətbuat çıxış edib. İstanbul təmsilçisinin yen baş məşqçisi Fatih Terim 36 yaşlı futbolçunun səhhəti haqda məlumatlar əldə edib. Yaxın günlərdə hər iki klub arasında danışıqlara başlanacağı bildirilir.
Qeyd edək ki, Zlatan 2016-cı ildən “Manşhester Yunayted”in şərəfini qoruyur.