Türkiyənin “Bursaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisi Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli” komandasının hücumçusu Mussa Sounu heyətinə qatıb. Seneqal millisinin üzvü Bursa klubunda 6 aylıq icarə əsasında çıxış edəcək. Bu keçid "Bursaspor"a 700 min avroya başa gəlib.
Qeyd edək ki, Sou daha öncə Türkiyədə “Fənərbaxça”nın şərəfini qoruyub.