“Barselona”nın türkiyəli futbolçusu Arda Turan karyerasını vətənində davam etdirməyə yaxındır.
Newsport.az xəbər verir ki, Bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. Məlumatda bildirilir ki, 30 yaşlı futbolçu artıq Türkiyənin “Başakşehir” klubu ilə ilkin razılığa gəlib. Yaxın günlərdə klubun idarə heyəti İspaniyaya uçaraq, “Barselona” ilə danışıqlara başlayacaq. Ardanın yeni komandası ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.
Arda Turanın meneceri Əhməd Bulud da jurnalistlərə verdiyi açıqlamasında bu xəbərin doğru olduğunu bildirərək deyib ki, “eşitdiyiniz xəbərlər doğrudur. Biz “Başakşəhər”lə razılığa gəlmişik. “Barselona”nın verdiyi qərarı gözləyirik. Onlar da 99 faiz razılaşacaqlar. Sadəcə, bir neçə həll olunası məsələ qalıb”.
Qeyd edək ki, Arda Turan 2015-ci ildən "Barselona"nın şərəfini qoruyur.