Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Hamit Altıntop karyersını yenidən Türkiyədə davam etdrəcək.
Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu Superliqa təmsilçisi "Yeni Malatyaspor"la müqavilə imzalayıb. Müqvilə şərtləri açıqlanmasa da yarımmüdafiəçinin mövsümün sonuna qədər yeni klubunda forma geyinəcəyi bildirilir.
Qeyd edək ki, son klubu II Bundesliqa təmsilçisi “Darmştdat” olan 35 yaşlı yarımmüdafiəçi, karyerası ərzində “Şalke”, “Bavariya” və “Real” kimi klublarda çıxış edib.