PSJ Lukas Moura ilə vidalaşmağa hazırdır.
Newsport.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, Paris klubu braziliyalı yarımmüdafiəçi üçün 40-45 milyon avro tələb edir.
Hansısa klub sözügedən məbləği ödəməyə razı olsa, Moura artıq bu ay PSJ-dən ayrıla bilər.
Qeyd edək ki, cari mövsüm vinger Liqa 1-də meydana çıxdığı 5 oyunda 1 qol vurub.
Əlavə edək ki, “Mançester Yunayted” və “Nant” Lukas Mouranın xidmətində maraqlıdır.