Arda Turan "Başakşehir"də RƏSMİ

"Barselona"nın futbolçusu Arda Turan "Başakşəhər"ə keçməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə olunub. Bu barədə Türkiyə təmsilçisinin prezidenti Göksəl Gümüşdağ klubun  rəsmi saytına açıqlamasında bildirib. O, ancaq bu transferin hələlik tamamlanmadığını bildirib.

Arda ilə görüşmək üçün İspaniyaya gedən klub rəhbəri onu "Başakşəhər"ə keçməyə razı sala bilib. G.Gümüşdağ hazırda transferin tamamlanması üçün oyunçu və "Barsa"nın nümayəndələri ilə danışıqların davam etdiyini vurğulayıb.

Qeyd edək ki, A.Turan bu mövsüm Kataloniya klubunda heç bir rəsmi matçda oynamayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right