Türkiyənin “Karabükspor” klubu heyətinə yeni futbolçu cəlb edib.
Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisi Belçikanın “Kortreyk” komandasından Herve Kaqeni transfer edib. Onunla 1,5 illik müqavilə imzalanıb.
Konqolu hücumameylli yarımmüdafiəçi Belçika “Anderlext”inin yetirməsidi. 28 yaşlı futbolçu karyerası ərzində “Valveyk”, “Yunion SG”, “Şarlerua”, “Beytar” (Yerusəlim), “Gent”, “Genk” klublarında da oynayıb.
Kaqe yeniyetmə illərində Belçikanın U-15, U-18 və U-21 yığmalarında oynasa da, 2008-ci ildən etibarən Konqonun U-23 və əsas milli komandalarının formasını geyinməyə qərar verib.