Millimizin futbolçusu Dəniz Yılmazın "Bursaspor"dan ayrılacağı dəqiqləşib.
Newsport.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun prezidenti Ali Ay məlumat verib:
“Futbolçularla yaxşı formada ayrılmaq istəyirik. Bunun üçün çalışırıq. Dəniz Yılmaz, Bilal Kısa, Merter Yüce və İsmail Konuk yüz faiz komandadan gedəcəklər. Deyəsən, özlərinə yeni komanda da tapıblar. Yaxın 1-2 həftə ərzində qarşılıqlı razılıqla müqavilələrə xitam verəcəyik”.
Qeyd edək ki, D.Yılmaz klubdan ayrılmaq üçün təzminat istədiyi iddia olunur.