Röyal Nəcəfov "poker" etdi, komandası 10 qolla qalib gəldi

Türkiyə BAL Liqasında 2-ci dövrəyə start verilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Röyal Nəcəfovun şərəfini qoruduğu "Ağrıspor" 12-ci turda doğma meydanda "Tatvan Genclerbirliği"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 10:0 hesablı qələbəsiylə başa çatıb.

Həmyerlimiz üçün yeni transfer olunduğu komandada debüt oyunu uğurlu alınıb. Belə ki, təcrübəli forvard qarşılaşmada 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da Nəcəfov Türkiyədə vurduğu qolların sayını 11-ə yüksəldib. O, bu qollardan 7-ni sabiq klubu "Malatya Yeşilyurtspor"da vurub.

12 turdan sonra aktivində 34 xal olan "Ağrıspor" ən yaxın izləyicisini 11 xal qabaqlamaqla turnir cədvəlinin zirvəsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right