"Beşiktaş" Cenk Tosunun "Everton"a transferinin maliyyə tərəflərini rəsmən açıqlayıb.
Newsport.az xəbər verir ki, 26 yalı hücumçu Liverpul təmsilçisinə 22 milyon avro qarşılığında satılıb. Bundan başqa İngiltərə klubu Avropa Liqasına vəsiqə qazanacaöı təqdirdə, "Beşiktaş"a 500 min avro çatacaq. Bu Çempionlar Liqası olsa, məbləğ 750 min avro olacaq. Tosun Premyer Liqada azı 25 oyunda meydana start heyətdə çıxsa, İstanbul təmsilçisi daha 500 min avro qazanacaq.
Türkiyə millisinin üzvü Premyer Liqada bir mövsümə 15 qol vursa, 500 min avro, 25 qol vursa, 1 milyon avro "Beşiktaş"a ödəniləcək.