Türkiyənin "Antalyaspor" klubunda ayrılıq baş verib.
Newsport.az xəbər verir ki, komandanın yay transfer pəncərəsində "Bordo"dan heyətinə qatdığı Jeremi Menes klubla müqaviləsini ləğv edib. 30 yaşlı futbolçu karyerasını Meksikada davam etdirəcək.
Qeyd edək ki, "Antalyaspor"da 7 oyun keçirən oyunçu, Meksikanın "Amerika" klubu ilə müqavilə bağlayıb.