Millimizin sabiq üzvü maaşını ala bilmədi, klubdan ayrıldı

Milli komandamızın sabiq üzvü Ufuk Budak "Samsunspor"dan ayrılıb.
 
Newsport.az
xəbər verir ki, 27 yaşlı müdafiəçinin komandası ilə pul problemləri yaşanıb. Belə ki o, aylıq maaşını ala bilmədiyi üçün, sərbəst qalma hüququndan istifadə edib. Bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.
 
Qeyd edək ki, futbolçuların maaşlarının ödəyə bilməyən Türkiyə 1-ci liqa təmsilçisində U.Budakla yanaşı, Hasan Hatipoğlu, Çağrı Ortakaya, Abdülkerim Bardakçı və Ömer Kandemir də klubdan ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right