Cenk Tosun rəsmən "Everton"da

“Beşiktaş”ın futbolçusu Cenk Tosunun “Evertona”a keçidi həll olunub.
 

Newsport.az-ın məlumatına görə, 26 yaşlı hücumçu ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.

"Everton" 28 milyon avronun 24 milyon avrosunu birdəfəlik ödəyəcək. 4 milyon isə performansa görə irəliləyən zamanda ödənəcək.

Türkiyə millisinin üzvünün illik əmək haqqı 4 milyon avro olacaq.

Bu transferin rəsmiləşməsi ilə 26 yaşlı forvard Türkiyənin ən bahalı futbolçusu olub.


Qeyd edək ki, 2014-cü idlən “Beşiktaş”da çıxış edən Türkiyə millisinin üzvü 96 oyuna 41 qol vuurb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right