"Qarabağ"ın sabiq futbolçusu Reynaldo dos Santos Silvanın yeni klubu müəyyənləşib.
Newsport.az xəbər verir ki, son dəfə Türkiyənin "Adanaspor" klubunda çıxış edən 28 yaşlı hücumçu, karyerasını Slovakiyada davam etdirəcək. Braziliyalı oyunçu ölkənin yüksək liqasında mübarizə aparan Trnava "Spartak"ı ilə müqavilə bağlayıb.
Qeyd edək ki, Reynaldo 2013/2017-ci illədrdə "Qarabağ"da çıxış edib. Onun Kiprin "Anortosis" klubuna keçidi baş tutmadığı üçün Slovakiya klubuna keçməli olub.