Cenk Tosun "Everton"da

Uzun müddətdir  adı İngiltərənin “Everton” klubu ilə yanaşı çəkilən Cenk Tosun ingilislərlə razılığa gəlib.

Newsport.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. Məlumatda bildirilir ki, hər iki klub arasında uzun zamandır aparılan danışıqlar,  nəhayət ki, qarşılıqlı razılıqla yekunlaşıb. Yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı bildirilir. 27 yaşlı futbolçunun “Everton”la  4,5 illik müqavilə imzalayacağı və illik olaraq isə 4 milyon avro maaş alacağı açıqlanıb.

“Beşiktaş”ın baş məşqçisi Şenol Güneş  də dünən keçirilən mətbuat konfransında bu məlumatı təsdiqləyib. O, “Cenk Tosuna xeyirli olsun. Biz artıq yeni hücumçu axtarışındayıq” deyə bildirib.

 Nəzərinizə çatdıraq ki, müqavilə baş tutacağı təqdirdə, Cenkin İngiltərəyə keçidi Türkiyə futbolu tarixində ən bahalı transfer olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right