Türkiyə və İran yığmaları yoldaşlıq oyunu keçirəcək

Türkiyə və İran yığmalar yoldaşlıq oyunu keçirəcək.

Newsport.az-ın məlumatına görə, DÇ-2018-in final mərhələsinə hazırlaşan İran gücünü Türkiyə ilə matçda sınayacaq. Oyunun məkanı və tarixi açıqlanmayıb. Türkiyə mətbuatının yaydığı məlumata görə qarşılaşma may ayının sonuncu həftəsində baş tutacaq.

Qeyd edək ki, Türkiyə yığması DÇ-2018-ə vəsiqə qazana bilməyib. İran isə mundialda çıxış edəcək və B qrupunda Portuqaliya, İspaniya və Mərakeşlə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right