Türkiyənin "Alanyaspor" klubu yeni baş məşqçi ilə anlaşıb.
Newsport.az xəbər verir ki, yaxın günlərdə baş məşqçi Safet Suşiçi ilə yollarını ayıran antalyalılar, artıq onu əvəz edəcək mütəxəssisi tapiblar. Belə ki, komanda Hikmət Karamanla il yarımlıq müqavilə imzalayıb.
Qeyd edək ki, 57 yaşlı çalışdırıcı son olaraq PTT I Liqada mübarizə aparan "Çaykur Rizəspor"u çalışdırıb.