Fransa I Liqasının bombardiri olan PSJ-nin hücumçusu Edinson Kavani açıqlama verib.
Newsport.az xəbər verir ki, uruqvaylı futbolçu müsahibəsi zamanı uğurlarının sirrini açıqlayıb. 30 yaşlı hücumçu bildirib ki, "Balıq tutmaq məni rahatlaşdırır və sakitləşdirir. Bir hücumçu kimi gözlərimi diqqətli edir. Balığı tutmaq üçün doğru zamanı gözləməlisiz. Bu, futbolda qol vurmağa bənzəyir. Hücum edərkən düzgün zamanı seçmək lazımdır. Balığı ovlamaq üçün səbirli olmalı və ayıq davranmaq lazımdır. Bir anda həmlənizi etməlisiniz. Futbolda da belədir".
PSJ tarixinin ən çox qol vuran oyunçusu, 26 oyuna 25 qol vurub və 4 assist edib.