Adı “Fənərbaxça” ilə çəkilən Danyel Starriç “Beşiktaş”a gələ bilər.
Newsport.az xəbər verir ki, Türkiyə mətbuatının iddialarına görə, “Liverpul”da forma geyən 28 yaşlı futbolçu əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün, “ağ-qaralar”dan gələn təklifə müsbət baxır. Hücumçunun meneceri jurnalistlərə verdiyi açıqlamada bildirib ki, “Komanda və Daniel arasında qarşılıqlı razılıq əldə olunarsa, ən əsas azarkeşlərin istəyi olarsa, Starriç “Beşiktaş”a gələcək. Nəzərinizə çatdıraq ki, “Beşiktaş” futbolçunu 6 aylığına icarəyə götürməyi planlaşdırır. Hücumçu ilə razılıq əldə olunacağı təqdirdə, o, bu müddət üçün 2 milyon avro alacaq.
Qeyd edək ki, ingiltərəli oyunçu bu mövsüm çıxdığı 13 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.