Braziliyada “Qızıl samba” mükafatının sahibi müəyyənləşib.
Newsport.az xəbər verir ki,bu dəfə mükafat PSJ-nin futbolçusu Neymara təqdim olunub.Səslərin 27,71 faizini toplayan Neymar “Liverpul”un oyunçusu Filipe Koutinyonu geridə qoyub. (16,64 faiz) “Real”ın futbolçusu Marselo isə 14,43 faiz səs toplayıb. Nəzərinizə çatdıraq ki, mükafat Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçuya verilir.
Qeyd edək ki,Neymar bu mükafatı 3-cü dəfə qazanıb.