"Everton"un baş məşqçisi Sem Ellardays İngiltərə Premyer Liqasının 22-ci turunda "Mançester Yunayted"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.
Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis "Beşiktaş"dan transfer etmək istədikləri Cenk Tosunla bağlı danışıb. O, bildirib ki, 24 saat ərzində hər şey məlum olacaq: "Cenk Tosunu transfer etmək üçün əlimizdən gələni etdik. Önümüzdəki 24 saat ərzində bizə son qərarını deyəcək. Komandanın hücum xətti güclənməlidir və bunun üçün çalışırıq". Nəzərinizə çatdıraq ki, keçidin yaxın günlərdə rəsmi şəkildə ictimaiyyətə açıqlanacağı gözlənilir. Cenk Tosunun xanımı, atası və agenti hazırda İngiltərədədir.
Qeyd edək ki, Türkiyə millisinin üzvü 2014-cü ildən "Beşiktaş"da top qovur.