Türkiyənin "Antalyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Superliqa təmsilçisini Hamza Hamzaoğlu çalışdıracaq.
47 yaşlı mütəxəssislə bu gün il yarımlıq müqavilə imzalanacağı gözlənilir. O, bu vəzifədə Leanordonu əvəz edib.
Qeyd edək ki, Hamza Hamzaoğlunun son iş yeri "Osmanlıspor" olub.