Van Persi Hollandiya klubunda

Hollandiya millisinin üzvü Robin van Persi "Fənərbaxça"dan ayrılmağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, ulduz futbolçu karyerasını ölkəsində davam etdirəcək. 

34 yaşlı hücmçu "Feyenoord" klubu ilə anlaşıb. Təcrübəli oyunçu "Fənərbaxça" ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verə bilsə, sabiq komandası ilə münasibətlərini rəsmiləşdirəcək. 

Bu barədə məlumatı mərkəz hücumçusunun atası Bob van Persi verib. O, Robinin ölkəsinə qayıtdığı üçün xoşbəxt olduğunu bildirib: "Artıq oğlum evimizə yaxın yerdə olacaq. Ailəmizin yenidən bir yerdə olacağı üçün xoşbəxtəm".

Qeyd edək ki, Van Persi "Fənərbaxça"ya 2015-ci ildə "Mançester Yunayted"dən transfer olunub.  

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right