"Neftçi"nin futbolçusu Türkiyə klubuna keçir

“Neftçi”nin futbolçusu Kirill Petrov karyerasını Türkiyədə davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı Ukrayna mətbuatı yayıb. I Liqa təmsilçisi “Giresunspor” 27 yaşlı müdafiəçi ilə danışıqlarda transferi böyük ölüçdə həll edib.

Qeyd edək ki, ukraynalı futbolçu bu mövsüm “Neftçi”nin heyətində 13 oyun keçirib və 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right