Braziliyanın "Korintians" klubunda mövsümü çempion başa vuran Türkiyə millisinin sabiq futbolçusu Kolin Kazım Riçards maraqlı açıqlamaları ilə diqqət mərkəzinə düşünb.
Newsport.az xəbər verir ki, 2013-cü ildə "Qalatasaray"dan ayrılmasına peşman olduğunu deyən 31 yaşlı futbolçu bildirib ki, "Böyük klublarda oynamaq gözəl hissdir. Bütün gənc futbolçulara məsləhətim budur ki, böyük klubda çıxış edirlərsə, ayrılmasınlar. Buna peşman olacaqlar. Əlbəttə, başqa yerə gedərək çoxlu pul qazana bilərsiniz. Lakin puldan daha vacib şeylər də var. "Qalatasaray"dan ayrılanda bunları hiss etmişdim və "cim-bom"u tərk etdiyimə görə çox peşmanam".
Qeyd edək ki, Kazım "Qalatasaray"da 2011/15-ci illərdə çıxış edib və 31 oyuna 5 qol vurub.