"Arsenal"ın baş məşqçisi Arsen Venger Premyer Liqada rekorda imza atıb.
Newsport.az xəbər verir ki 68 yaşlı mütəxəssis İngiltərə Premyer Liqasında oyunlarının sayına görə Ser Aleks Ferqyussonu keçib. Ölkə çempionatının 21-ci turunda "Vest Bromviç"ə qarşı matç (1:1) təcrübəli mütəxəssisin Premyer Liqada 811-ci görüşü olub.
Qeyd edək ki, fransalı çalışdırıcı bu oyunlarda 468 dəfə qələbə qazanıb.