“Neftçi”nin futbolçusu Kirill Petrov karyerasını Türkiyədə davam etdirə bilər.
Newsport.az xəbər verir ki, bu iddia ilə Ukrayna mətbuatı çıxış edib. Məlumatda bildirilir ki, artıq I Liqa təmsilçisi “Giresunspor” 27 yaşlı müdafiəçi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, ukraynalı futbolçu bu mövsüm “Neftçi”nin heyətində 13 oyun keçirib və 1 qol vurub.