Newsport.az xəbər verir ki, Türkiyə mətbuatında yer alan yazılara görə, 26 yaşlı hücumçu artıq "Everton"la ilkin razılığa gəlib. Yanvar ayında futbolçunun İngiltərəyə yollanacağı gözlənilir. Klubun baş məşqçisi Sem Ellardays bu haqda dolaşan xəbərlərə münasibət bildirib: "Hücumçuya ehtiyacımız var. Qış transfer pəncərəsində bu mövqeyə oyunçu transfer etməyi düşünürük. Sandro Ramires zədəlidir. Mövsümü tək Oumar Niasse ilə keçirə bilmərik. Deyə bilmərəm ki, Cenk gələcək komandaya, bu klublar arasında olan məsələdir".
Qeyd edək ki, Tosun 2014-cü ildən "Beşiktaş"da oynayır.