“Barselona”dan ayrılacağı deyilən Arda Turan “Beşiktaş”a transfer olunacağı barədə xəbərlərə bağlı açıqlama verib.
Newsport.az xəbər verir ki, 30 yaşlı futbolçu Türkiyə mətbuatına verdiyi məlumatda “Qalatasaray”dan başqa komandada oynamacağını deyib. Xatırladaq ki, Arda ilə "Beşiktaş"ın prezidenti Fikret Orman yaxın günlərdə Londonda görüşüblər. Bunun ardından açıqlama verən Orman Ardanın mövqeyində artıq bir neçə oyunçunun çıxış etdiyini, bu transferin gündəmlərində olmadığını bildirmişdir.
Qeyd edək ki, Arda ilə "Trabzonspor"da maraqlanır.