Cenk Tosunu satmağa hazırlaşan “Beşiktaş” klubu, artıq onun yerini doldurmaq üçün axtarışlara başlayıb.
Newsport.az xəbər verir ki, “ağ-qaralar” hazırda Fransanın “Nice” klubunda forma geyinən İtaliyalı futbolçu Mariyo Balotellini rənglərinə qatmağı düşünür. Nəzərinizə çatdıraq ki, klubun idarə heyəti 27 yaşlı oyunçunun meneceri ilə artıq danışıqlara başlayıb.
Qeyd edək ki, rəsmi olaraq “Milan”a məxsus olan italiyalı futbolçu, 2016-cı ildən “Nice” də çıxış edir.