Rumıniyanın "Dinamo" klubunun müdafiəçisi Steliano Fİlip Azərbaycan klubundan təklif alıb.
Newsport.az-ın məlumatına görə, bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Klub rəhbərliyi Rumıniya millisinin üzvünü 400 min avro qarşılığında buraxmağa hazırdır. 23 yaşlı futbolçu ya Azərbaycan, Türkiyə və İtaliya II Liqasından təklif var.
2015-ci ildən Buxarest "Dinamo"sunda çıxış edən oyunçunun aylıq maaşı 10 min avrodur. O, 2015-ci ildən Rumıniya millisinə dəvət edilir.