Azərbaycanlı futbolçu Türkiyədə özünə yeni klub tapdı

Azərbaycanlı futbolçu Röyal Nəcəfov Türkiyədə klubunu dəyişib.

Newsport.az-ın məlumatına görə, mövsümün ilk yarısını "Malatya Yeşilyurtspor"da keçirən həmyerlimiz bundan sonra "Ağrıspor"un şərəfini qoruyacaq. 

Təcrübəli hücumçu yeni klubu ilə mövsümün sonuna kimi müqavilə imzalayıb. 

Qeyd edək ki, Ağrı təmsilçisi 12 komanda arasında turnir cədvəlinin lideridi. Ən yaxın izləyicisi ilə arasında 9 xal fərq var.

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right