"Qalatasaray"ın yeni baş məşqçisi Fatih Terimin TFF-ya qarşı qaldırdığı iddia ilə bağlı ilk məhkəmə iclası baş tutub.
Newsport.az xəbər verir ki, 64 yaşlı mütəxəssis Türkiyə yığmasında çalışdığı dövrdən ona 13 milyon lirə (3,5 milyon avro) borcun qaldığını bildirir. Məhkəmə tərəflərə dəlillərini ortaya qoymaq üçün 2018-ci il martın 7-dək vaxt verib.
Qeyd edək ki, Tüekiyə Futbol Federasiyası ilə Fatih Terim arasındakı müqavilə iyulun 26-da pozulub.