Həmyerlimizin komandası məğlub oldu

Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin ilk oyunları baş tutub.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” da bu turnirdə növbəti matçına çıxıb. "Timsahlar“ səfərdə Gənclərbirliyi” ilə qarşılaşıb və həmyerlimizin komandası meydanı məğlub tərk edib.

Nəzərinizə çatdıraq ki, Dəniz bu görüşün iştirakçısı olmayıb. Bir neçə gün öncə klub rəhbərliyi tərəfindən əsas komandadan kənarlaşdırılan futbolçunun hətta “Bursaspor”u ümumiyyətlə tərk etməsi gözlənilir.

Qeyd edək ki, Bursalıların “Gənclərbirliyi” ilə cavab görüşü yanvarın 16-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right