Sabiq futbolçu terrorist təşkilatının üzvü olduğunu etiraf etdi

Türkiyədə FETÖ terror təşkilatına dəstək verən futbolçuların axtarışı davam edir.

Newsport.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumatlara görə, polis daha bir sabiq futbolçunu həbs edib. Belə ki, vaxtilə “Bank Asiya”ya 950 min türk lirəsi yatırdığına görə şübhəlilər sırasında yer alan Uğur Boral saxlanılıb. Keçmiş oyunçu FETÖ ilə əlaqəsi olduğunu etiraf edib. O, təşkilatla 2003-cü ildə, “Gənclərbirliyi”ndə oynadığı zaman tanış olduğunu bildirib.

Xəbərdə Boralın həmin dövrdə təşkilata üzv olan daha bir neçə futbolçunun adını açıqladığı, bunun sayəsində, tezliklə yeni əməliyyatların keçirilməsinin gözləndiyi qeyd edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right