İngiltərə Premyer Liqasında mübarizə aparan "Brayton" klubu hücum xəttini gücləndirib.
Newsport.az-ın məlumatına görə, çempionatın debütantı Şotlandiyanın "Seltik" klubunun hücumçusu Mussa Dembeleni transfer edib. Bu keçid üçün "Seltik"ə 20 milyon avro təzminat ödənilib.
Qeyd edək ki, "Seltik" 21 yaşlı forvardı 2016-cı ildə "Fulhem"dən azad agent statusu ilə heyətinə qatmışdı. Fransanın U-21 millisinin üzvü "Seltik"də 68 oyuna 40 qol vurub və 12 assist edib.