Kot-d-İvuar milli komandasının sabiq üzvü Emanuel Ebue sabiq komandası "Qalatasaray"a qayıdır.
Newsport.az xəbər verir ki, 34 yaşlı müdafiəçi "sarı-qırmızılar"da məşqçi kimi fəaliyyət göstərəcək. O, "cim-bom"un 14 yaşlılardan ibarət komandasında çalışacaq. Belə ki, "Qalatasaray"ın yeni baş məşqçisi Fatih Terim Ebueni komandaya dəvət edib.
Qeyd edək ki, təcrübəli cinah müdafiəçisi 2011/16-cı illərdə "Qalatasaray"da çıxış edib.