Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Cenk Tosun karyerasını İngiltərədə davam etdirəcək.
Newsport.az xəbər verir ki, arrtıq klublar arasında ilkin razılıq əldə olunub. Belə ki, 28 yaşlı hücumçu özü də bu keçidə isti baxdığı üçün, yanvar ayında transfer gercəkləşəcək. Nəzərinizə çatdıraq ki, ingilislər bu keçidə görə 20 milyon avrosundan keçəcəklər.
Qeyd edək ki, Cenk bu mövsüm “Beşiktaş” forması ilə çıxdığı 23 oyunda, 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.