Almaniyalı futbolçu Mario Qomes "Volfsburq"dan ayrılıb.
Newsport.az xəbər verir ki, ötən mövsüm "Beşiktaş"ın da formasını geyinən 32 yaşlı forvardın yeni klubu, Bundesliqanın digər kollektivi "Ştudqart"dır. Xatırladaq ki, Mario yeni komandası ilə 2020-ci ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, "Ştutqart" klubunun yetirməsi olan Qomes üçün komanda "Volfsburq"a 3 milyon avro təzminat ödəyəcək.