Arda Turan Londona köçür

“Barselona” ilə yollarını ayırmaq ərəfəsində olan türkiyəli futbolçu Arda Turan aldığı yeni malikanə ilə diqqət mərkəzinə düşüb.

Newsport.az xəbər verir ki, adı “Galatasaray”da daxil olmaqla bir çox klubla çəkilən 30 yaşlı futbolçu, “bura İstanbuldan sonra ən çox sevdiyim şəhərdir” dediyi İngiltərənin paytaxtı Londonda yeni villa alıb. İngiltərə mətbuatının məlumatına görə bu, adı “Arsenal”lada hallanan futbolçunun “topçular”la müqavilə imzalamaq iddialarını gücləndirib.

Qeyd edək ki, dünyanın ən bahalı şəhərlərindən sayılan Londanda Ardanın aldığı villa 5 milyon avro dəyərində qiymətləndirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right