Yaxın günlərdə baş məşqçi iqor Tudorla yollarını ayıran “Galatasaray” boş qalan məşqçi postuna namizəd axtarışlarını davam etdirir.
Newsport.az xəbər verir ki, klubun prezidenti Dursun Özbək son olaraq İngiltərənin “Everton” klubunu çalışdıran Ronald Koemanı boş qalan posta gətirməyi düşünür. Artıq, klubun idarə heyəti 54 yaşlı mütəxəssis ilə danışıqlara başlayıb.
Qeyd edək ki, hollandiyalı məşqçi ilə danışıqlar baş tutmadığı halda, alternativ variant olaraq fransalı baş məşqçi Laurent Blanc və yerli məşqçilərdən Fatih Terimin adıçəkilir.