Vida sağ göstərib sol vurdu

Yaxın günlərdə “Beşiktaş”a keçəcəyi gözlənilən “Dinamo Kiyev”in futbolçusu Domoqay Vida qərarını dəyişib.

Newsport.az xəbər verir ki, “Beşiktaş”la ilkin razılığa gələn müdafiəçinin yanvar ayında kluba keçəcəyi gözlənilərkən ukraynalı futbolçu hazırki komandası ilə yeni müqavilə imzalayıb.

Qeyd edək ki, “Dinamo Kiyev”dən 2,5 milyon avro məvacib tələb edən 28 yaşlı futbolçu yaxın günlərdə azarkeşlər ilə də vidalaşmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right